Antalyada azərbaycanlıların olduğu avtobus aşdı – ADLARbackend

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.

İnterpress.az