BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilibbackend

BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BMT-nin saytına istinadla xəbər verir ki, iclasda sülhün İordaniyadakı qaçqın düşərgələrində, fələstinli köçkünlərə yardım üçün təşkilatın Yaxın Şərqdəki məktəblərində, Kosovo qəsəbələrində və Danimarka Gənclər Şurasında olan bütün gənclərin ümdə arzusu olduğu vurğulanıb.

İclasda çıxış edən BMT Baş katibinin gənclərin işi üzrə xüsusi nümayəndəsi Cayatma Vikramanayake təəssüflə vurğulayıb ki, günümüzdə gəncləri problemlərin mənbəyi, hətta təhdid kimi görənlər var. KİV əsas diqqəti ekstremist və terrorçu qruplaşmalara cəlb olunmuş azsaylı gənclərin üzərində cəmləşdirir. Lakin yanlış mülahizələrə baxmayaraq, bu gün gənclər ictimai proseslərdə fəal iştirak edir, təşəbbüslər irəli sürür, sülh və demokratik dəyərlər uğrunda mübarizə aparırlar.

BMT Baş katibinin gənclərin işi üzrə xüsusi nümayəndəsi əlavə edib: “Bununla yanaşı, son aylar gənc fəallar və hüquq müdafiəçilərinə qarşı təhdidlər, zorakılıq, onların qanunsuz saxlanılması halları artıb. Xatırlatmaq istəyirəm ki, “müdafiə” prinsipi 2250 nömrəli qətnamənin sütunudur. Mən bütün hökumətləri gənclərin hüquqlarını müdafiə etməyə çağırıram”. O qeyd edib ki, gənclər silahlı münaqişələrin qarşısının alınması və nizama salınmasında daha fəal rol oynaya bilərlər.

BMT Baş katibinin təşəbbüsü ilə 2018-ci ilin sentyabrından dünyada gənclər strategiyasının həyata keçirilməsinə başlanılıb. Tarixdə ilk qlobal gənclər strategiyasında gənc nəslin nümayəndələrinin təhsilinin, onların sosial müdafiəsi və tibbi xidmətinin təmin edilməsi ön plana keçirilib. Sənəddə onların sülhün və təhlükəsizliyin təmin olunmasında, sülhməramlı missiyalarda daha fəal rolu da qeyd edilib.

İnterpress.az