ADNSU-da Milli Mətbuat Günü qeyd olunubbackend

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə M.Babanlı Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə və mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb.

Rektor ADNSU-da elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər barədə məlumat verib.

Müasir cəmiyyətdə mətbuatın rolundan danışan professor Mustafa Babanlı ölkəmizdə onun azad, demokratik şəraitdə fəaliyyətinə geniş imkanlar yaradıldığını söyləyib, Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.

İnterpress.az