BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qururbackend

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BDU-dan İnterpress.az-a bildirilib ki, görüşdə rektor Elçin Babayev Bakı Dövlət Universitetinin aparıcı ali təhsil müəssisəsi kimi elmi tədqiqatlara da böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu diqqətə çatdırıb, 100 illiyini qeyd etməyə hazırlaşan BDU-nun yubileyinin, həmçinin beynəlxalq səviyyədə keçirildiyini vurğulayıb.

Rektor Elçin Babayev Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və dilinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirildiyini yüksək qiymətləndirib və hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin yeni səviyyədə qurulmasında maraqlı olduğunu bildirib.

Professor Eva-Mariya Aux təmsil etdiyi universitetin Avropanın və Almaniyanın ən nüfuzlu elmi mərkəzlərindən, təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Azərbaycanın Qafqaz regionunun ən böyük və inkişaf edən ölkəsi olduğunu deyən professor onu da əlavə edib ki, kafedranın xətti ilə tələbələrə Azərbaycan tarixi barədə maraqlı mühazirələr oxunur, seminarlar keçirilir və ustad dərsləri təşkil edilir.

Görüşdə Erasmus proqramında iştirak, bakalavr, magistr və doktorantura səviyyələrində kadr hazırlığı, yeni əməkdaşlıq əlaqələri, birgə tədbir və seminarların keçirilməsi kimi məsələlər də müzakirə olunub.

İnterpress.az