“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilibbackend

“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iyulun 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Milli Mətbuat Günü ərəfəsində KİV nümayəndələri ilə görüş keçirilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, oktyabrın 1-10-da ölkəmizdə əhalinin növbəti siyahıyaalması keçiriləcək. O, fərdi jurnalist yazıları müsabiqəsinin əhalinin növbəti siyahıyaalmasının cəmiyyətdə təbliğinə öz töhfəsini verəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə yazı müsabiqəsinin əhalinin siyahıyaalma ilə bağlı dolğun məlumatlandırılmasında bir vasitə olacağını qeyd edib.

İnterpress.az