Qızını qətlə yetirən Masallı sakininə hökm oxunubbackend

Qızını qətlə yetirən Masallı sakininə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayon, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək \”20 Yanvar\” metro stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini öldürüb.

Xatırladaq ki, bu iş üzrə məhkəmə istintaqı qapalı keçirilib. Hadisənin namus üstündə baş verdiyi bildirilir.

İnterpress.az