Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sumqayıt Regional Vəkil Bürosu yeni layihəyə başlayır

Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Vəkilliyinin 100 illiyi münasibətilə “Vəkillik kursları” layihəsinin icrasına başlayır.

Dərc edilib: 19 iyul 2019 [10:21]
Baxış sayı: 7481

İnterpress.az-ın məlumatına görə, layihə çərçivəsində ilkin olaraq “Cinayət işləri üzrə praktik vərdişlər” və “Mülki işlər üzrə praktik vərdişlər” mövzusunda 4 günlük ödənişsiz təlimlərin keçirilməsi nəzərə tutulub.

Təlimlər həftənin şənbə və bazar günləri keçiriləcək.

Cinayət hüququ üzrə təlimin bu il 3-4 avqust, mülki hüquq üzrə isə, 10-11 avqustda keçirilməsi nəzərdə tutulub.

Təlimlər real kazuslar əsasında təşkil olunacaq, iştirakçılar cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin iştirakçısına çevriləcək, praktik yazı vərdişlərinə yiyələnəcəklər.

Mülki işlər üzrə isə, müştərinin qəbulu, sübutların toplanması, işin məhkəməyə hazırlanması, məhkəmə prosesində iştirak və s. praktik vərdişlərə rol oyunları əsasında yiyələnmək mümkün olacaq.

Təlimlərdə gənc vəkillər, vəkilliyə namizədlər və vəkil olmaq istəyən hüquqşünaslar iştirak edə bilərlər. İştirakçılara sertifikatlar veriləcək.

Cinayət işləri üzrə təlimi hüquqşünas Şamil Paşayev, mülki işlər üzrə isə vəkil Anar Qasımlı keçirəcəklər.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164