Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində (BDU) olub.

Dərc edilib: 19 iyul 2019 [11:23]
Baxış sayı: 7664

İnterpress.az-ın məlumatına görə, BDU-nun rektoru Elçin Babayevlə görüşdə Braziliya universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Səfir Elxan Poluxov 1920-ci ildə təsis edilən Rio-de-Janeyro Federal Universiteti haqqında məlumat verib. Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universitetində iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat fakültələrinin, bir neçə tədris və elmi-tədqiqat institutlarının, o cümlədən Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Rektor Elçin Babayev Rio-de-Janeyro Federal Universiteti və buradakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Rio-de-Janeyro Federal Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması, birgə tədqiqat işlərinin aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri kimi məsələlər də müzakirə edilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164