Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Məqsədim Avropanın ən gözəli olmaqdır" - Afaq Aslan

Azərbaycanlı müğənni Afaq Aslan beynəlxalq yarışda iştirak edəcək.

Dərc edilib: 19 iyul 2019 [12:22]
Baxış sayı: 15248

İnterpress.az xəbər verir ki, müğənni bu barədə öz "Instagram" səhifəsində paylaşım edib.

"Dəyərli izləyicilərim nəzərinizə çatdırım ki, hər il İtaliyada Beynəlxalq səviyyədə keçirilən "Miss Europa Continental" yarışmasının təşkilatçıları tərəfindən modellik yarışmasına təklif almışam. 7-ci dəfə keçiriləcək yarışmanın məqsədi İtalyada Avropanın ən gözəl xanımlarını seçməkdir. Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmək hüququ verilməyib. Lakin təşkilatın münsifləri tərəfindən bu dəfə mənə Azərbaycanı təmsil etmək üçün təklif sunulub. Təklifi çox götür-qoy edərək mənə göndərilən təkliflə tanış oldum və qarşılıqlı müqavilə imzaladıq, nəticədə rəsmi olaraq "Miss Europa Continental 2019" yarışmasının Azərbaycan təmsilçisi seçildim.

Noyabrın 19-24-ü ərəfələrində mən İtalyada Avropanın ən gözəl siması olmağı qarşıma məqsəd qoyaraq, ora üz tutacam.

Qeyd edim ki, yarışmanın qalibləri Avropanın ən öndə gedən brend şirkətləri ilə müqavilə imzalayıb, onların simaları olacaq və mən Azərbaycanı bu yarışmada təmsil edən ilk azərbaycanlı xanım olacam".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 189