Pol Makkartni müzikl üzərində çalışırbackend

Pol Makkartni müzikl üzərində çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS agentliyinə istinadla xəbər verir ki, musiqiçi bu barədə iyulun 18-də özünün rəsmi internet səhifəsində yazıb.

P.Makkartninin sözlərinə görə, o, kinematoqrafiya tarixində ən əlamətdar ekran əsərlərindən birinin – rejissor Frenk Kapranın “Bu gözəl həyat” filminin (1946) səhnədə musiqili variantı üzərində çalışır. Müzikldə söhbət uydurma Bedford Folls şəhərində yaşayan Corc Beyli adlı kredit şirkəti sahibindən gedir. Dürüst və mehriban insan, gözəl ailə başçısı Beyli gözlənilmədən üzləşdiyi müsibətlər qarşısında aciz qaldığı üçün intihar etmək barədə düşünür.

P.Makkartni bu əsəri səhnələşdirmək üçün həmyerlisi, teatr və kino impressariosu Bill Kenrayt ilə əməkdaşlıq edir. Sabiq bitl təkcə musiqi yaratmır, həm də ssenariçi Li Holla birlikdə müziklin mahnıları üçün mətnlər yazır.

P.Makkartni deyib: “Buna bənzər bütün layihələr kimi, hər şey elektron məktubdan başladı. Bill soruşdu ki, müzikl üzərində işləməyə necə baxıram. Müzikl yazmaq heç vaxt məni cəlb etməyib. Lakin Bill ilə görüşəndən və Li ilə danışandan sonra düşündüm ki, bu, maraqlı və ürəkaçan iş ola bilər. Axı “Bu gözəl həyat” özünün həyat çarpışmaları ilə birlikdə hamımıza yaxın olan bir süjetdir”.

Makkartninin məlumatında deyilir: “Filmin ekranlara çıxmasından təqribən 70 il ötür. Amma bu əhvalat əvvəlki kimi, hətta bəlkə əvvəlkindən daha aktualdır, çünki bizə ailəmizin, dostlarımızın qədrini, həyatımızın dəyərini bilməyi öyrədir”.

Müziklin premyerası 2020-ci ilin sonunda olacaq.

İnterpress.az