Sabirabadda heyvandarlıq məhsulları istehsalı artırbackend

Sabirabadda heyvandarlıq məhsulları istehsalı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, rayon Statistika İdarəsindən bildirilib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 121 min 884 baş mal-qara və 230 min 244 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən ümumilikdə 4 min 871 baş çoxdur. Bu ilin altı ayında rayonda 9 min 120 ton ət (diri çəkidə), 59 min 29 ton süd, 37 milyon 645 min ədəd yumurta və 589 ton yun istehsal olunub.

Buda ötən ilin birinci yarısında istehsal olunan ətdən 368 ton, süddən 2 min 426, yumurtadan 4 milyon 777 min ədəd, yundan isə 24 ton çoxdur.

Bu il, həmçinin rayonda 14 ton 530 kiloqram barama da tədarük olunub.

İnterpress.az