Rusiyalı qonaqlar Bakı Slavyan Universitetindəbackend

Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı qonaqlar iyulun 19-da Bakı Slavyan Universitetində (BSU) fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, kitabxana, təlim-tədris mərkəzi, Rusiya tədris-mədəniyyət mərkəzi, akt zalı, muzey və Şəhidlər guşəsi ilə yaxından tanış olublar.

BSU-dan İnterpress.az-a bildirilib ki, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov Rusiya ilə Azərbaycan arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri, bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı proqramları barədə qonaqlara ətraflı məlumat verib. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da dərinləşən Rusiya-Azərbaycan dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prorektor ölkələrimiz arasında iqtisadi, mədəni sahədə əməkdaşlıqla yanaşı, elm və təhsil sahəsində də ikitərəfli münasibətlərin genişləndiyini qeyd edib. O, 2015-ci ildə əsası qoyulan, bu gün hər iki dövlətin 53 universitetini birləşdirən Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsi istiqamətində ciddi addımlar atdığını bildirib. Telman Cəfərov rusiyalı müəllim və tələbələrin BSU-ya gəlişini də həmin assosiasiyanın uğurlu layihəsinin tərkib hissəsi kimi dəyərləndirib.

Sonra BSU-nun “Rus dili və ədəbiyyatı Azərbaycanda” elmi-kütləvi jurnalının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Rusiyalı tələbələrə BSU-da təhsil imkanları, əcnəbi tələbələr üçün yaradılmış şərait barədə məlumat verilib.

İnterpress.az