Yalçın Rzazədə Türkiyədə əməliyyat olundubackend

Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a onun oğlu Orxan Rzazadə məlumat verib.

Onun sözlərinə görə, atası ötən gün axşam saatlarında əməliyyata götürülüb:

“Əməliyyat yaxşı keçib, səhhəti stabildir. Həkimlərin nəzarətindədir. Biz də yanından heç yerə ayrılmırıq. Bu, atamın keçirdiyi ilk əməliyyat idi. Həkimlər bildiriblər ki, ikinci əməliyyat da olacaq. Aparılacaq növbəti cərrahi müdaxilə ilə bağlı həkimlər dəqiq bir informasiya verməyiblər”.

Orxan Rzazadənin sözlərinə görə, atasının sənət yoldaşları ona tez-tez zəng vurub Yalçın Rzazadənin səhhəti ilə maraqlanırlar.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin müdaxiləsindən sonra Xalq artistinin vəziyyəti stabilləşib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz üzərinə götürüb.

İnterpress.az