Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edibbackend

Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nazir Abdullah bin Abdulaziz bin Turki Al-Subaie Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanda müvafiq qurumların rəhbərləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Dövlət başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaienin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı ekologiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az