Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Almaniyada Azərbaycan kamera orkestri yaradılıb - FOTO

Diasporla Iş üzrə Dövlət Komitəsində ölkəmizin Almaniyadakı fəxri konsulu Otto Hauzerin media nümayəndələri ilə görüşü keçirilib.

Dərc edilib: 19 iyul 2019 [21:00]
Baxış sayı: 14120

İnterpress.az-ın məlumatına görə, O.Hauzer bildirib ki, onun təşəbbüsülə ilk dəfə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət kamera orkestri fəaliyyətə başlayıb. Bu təşəbbüsün Heydər Əliyev Fondu tərəfindən də bəyənildiyini vurğulayan fəxri konsul Azərbaycanın hərtərəfli dəstəyindən məmnun qaldığını söyləyib.

Fəxri konsulun fikrincə, musiqi Almaniya və Azərbaycan arasında gözəl, zərif, eyni zamanda möhtəşəm diplomatiya növüdür. Belə bir orkestrin formalaşması Almaniyada diasporumuzun fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.

O, qeyd edib ki, skripkaçı və konsertmeyster Fəridə Rüstəmova (görkəmli bəstəkar Səid Rüstəmovun nəvəsi) ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub. İlk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib. Orkestrin repertuarı Vivaldidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Məqsəd – gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyilə müstəqil konsertlər təşkil etməkdir. Bundan başqa, orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində iştirakı da nəzərdə tutulub.

Tədbirdə qeyd edilib ki, uzun müddətdir müzakirə edilən bu məsələnin gerçəkləşməsində Almaniyadakı diasporumuz olduqca maraqlı olub. Diaspor Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev layihəni ilk dövrdən dəstəkləyib. Komitə rəhbərliyi hesab edir ki, azərbaycanlıların milli ruhda yaşaması və Almaniya vətəndaşları arasında çoxsaylı dostlar qazanması üçün musiqi yaxşı vasitədir. Sözügedən təşəbbüs isə Azərbaycan klassik müsiqisinin və bəstəkarlarının qlobal miqyasda tanınmasında və təbliğində mühüm rol oynayacaq.

Orkestrlə bağlı videoçarxın nümayiş edildiyi tədbir sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, kamera orkestrinin tərkibinə Fəridə Rüstəmova (skripka), Ferhat Mehmet (skripka), Həsən Abasquliyev (skripka), Arzu Məmmədova (skripka), Elgün Ağazadə (skripka), İris İcellioğlu (alt), Nəriman Əkbərov (violonçel), Zeynep Akdil (violonçel), Tair Turqanov (kontrabas), Timur Osmanov (fleyta), Meltem Kandəmir (alt), Feliks Knarozovski (faqot), Fərəc Əkbərov (klarnet) kimi professional müsiqiçilər daxildir.

Almaniyada Azərbaycan kamera orkestri yaradılıb - FOTO

Almaniyada Azərbaycan kamera orkestri yaradılıb - FOTO

Almaniyada Azərbaycan kamera orkestri yaradılıb - FOTO


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162