Teymur Rəcəbov Dortmund Superturnirində heç-heçə edibbackend

Teymur Rəcəbov Dortmund Superturnirində heç-heçə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, beşinci turda onun rəqibi qara fiqurlarla oynayan rusiylı qrosmeyster Yan Nepomnyaşi olub.

Partiya 33-cü gedişdən sonra başa çatıb.

Həmçinin V turun digər qarşılaşmaları da heç-heçə yekunlaşıb. Hazırda beş turdan sonra turnir cədvəlinə 3,5 xal ilə amerikalı Lenyer Dominqes başçılıq edir. Rəcəbov, Rapport və Voytaşek hərəyə 3 xal ilə növbəti yerləri bölüşürlər. Nepomnyaşi, Nisipyanu və Fridmanın 2, Külaotsun isə 1,5 xalı var. Turnir iyulun 21-də başa çatacaq.

Beşinci turun partiyalarının nəticələri

Teymur Rəcəbov (Azərbaycan) – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5.

Daniel Fridman (Almaniya) — Lenyer Dominqes (ABŞ) — 0,5:0,5.

Kaydo Külaots (Estoniya) — Rixard Rapport (Macarıstan) — 0,5:0,5.

Radoslav Voytaşek (Polşa) — Liviu-Diter Nisipyanu (Almaniya) – 0,5:0,5.

İnterpress.az