Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcəkbackend

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “UNİAN”a istinadən xəbər verir ki, M.Saakaşvili bu addımı Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək olaraq atdığını bildirib: “Keçmiş siyasilərə güzəştə getmədən ona çoxluğa nail olması üçün şərait yaratmaq lazımdır”.

O, tərəfdarlarını majoritar sistemdə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” hərəkatına səs verməyə çağırıb.

Qeyd edək ki, iyuln 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyada 21 siyasi patiya və təşkilat iştirak edir. Seçkilər qarışıq sistem – proposional və majoritar qaydalar üzrə keçirilir.

İnterpress.az