Nazir reabilitasiya xidmətlərinə baxış keçiribbackend

Nazir reabilitasiya xidmətlərinə baxış keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının daha bir təzahürü kimi, Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb.

Mərkəzdə qəbul və qeydiyyat, tibbi reabilitasiya, sosial reabilitasiya ve tədris şöbələri fəaliyyət göstərir. Uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.

S.Babayev Mərkəzdə tətbiq olunan fizioterapevtik müalicə prosedurlarını nəzərdən keçirib. Həmçinin uşaqların sosial, tədris-peşə reabilitasiyası tədbirlərinə cəlb olunması vəziyyəti ilə yaxından tanış olub. Müalicəvi bədən tərbiyəsi, masaj, hovuz müalicəsi, psixoterapiya, əmək və musiqi terapiyası, loqoped xidməti və s. istiqamətlərdə uşaqlarla aparılan işlər nəzərdən keçirilib.

Müəssisənin kollektivinə müvafiq tapşırıqlarını verən nazir sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideynləri ilə də görüşüb. Tətbiq olunan bərpa müalicəsi prosedurları, göstərilən xidmətlərlə bağlı onların fikirlərini öyrənib.

S.Babayev görüşdə reabilitasiya sisteminin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bərpa infrastrukturunun respublikamızın bölgələri üzrə genişəndirilməsi üçün aparılan işləri qeyd edib. Cari ildən başlayaraq ölkəmizin bir sıra regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacağını deyib.

İnterpress.az