“Qanuni oğru”ya 10 il həbs cəzası verildibackend

“Qanuni oğru”ya 10 il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, cari xəbəri “Sputnik-Belarus” yayıb.

Rəşad İsmayılov Rusiya vətəndaşıdır, Moskvada yaşayıb və Ukraynadakı azərbaycanlı diasporu üzrə “nəzarətçi” statusu olub. O, bir Azərbaycan və bir Belarus vətəndaşı ilə birlikdə Belarus ərazisinə qanunsuz olaraq silah-sursat keçirməkdə, narkotik dövriyyəsində ittiham olunub.

Cinayət işinin materiallarına əsasən, Rəşad İsmayılov həmin şəxslərlə birlikdə 2018-ci ilin noyabr ayında “Lexus LX570” markalı avtomobildə Rusiyadan Belarus ərazisinə keçib. Saxlanılarkən onların üzərindən iki tapança, patronlar və narkotik tapılıb.

Bundan başqa, məlum olub ki, kriminal avtoritet Belarusa saxta Rusiya pasportu ilə keçib.

İkinci təqsirləndirilən-İsmayılovun sürücüsü, Belarus vətəndaşı, hansından ki, tapança və patron aşkar edilmişdi, 8 il həbs cəzasına məhkum edilib. Bu işdə iştirak edən və üzərindən narkotik maddə tapılmış üçüncü şəxs isə 6 il həbs cəzası alıb.

Onların adları açıqlanmır.

İnterpress.az