Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



300 milyon manatdan çox vəsait ödətdirilib - Baş icra məmuru

Son illər məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb.

Dərc edilib: 20 iyul 2019 [16:35]
Baxış sayı: 14008

İnterpress.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.

İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev bildirib ki, 2019-cu ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb, onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq - 300 milyon manatdan çox vəsait ödətdirilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162