Sabirabadda yarım ildə 57 min tondan çox tərəvəz yığılıbbackend

Sabirabadda yarım ildə 57 min tondan çox tərəvəz yığılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon statistika idarəsindən İnterpress.az-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yazında sabirabadlı əkinçilər 8 min 794 hektar sahədə tərəvəz əkiblər, bu da ötən ildəkindən 739 hektar çoxdur. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək 3 min 716 hektar tərəvəz sahəsindən 57 min 473,5 ton məhsul yığıblar. Ötən il bu rəqəm 50 min 879 ton olub.

Tədarük olunan məhsulun 673 tonu kələm, 922 tonu bibər, 5 min 640 tonu xiyar, 6 min 760 tonu pomidor, 2 min 116 tonu badımcan, 11 min tonu kartof, 4 min 905 tonu soğan, 3 min 80 tonu isə sarımsaqdır. Əkinçilər, həmçinin 13 min 590 ton bostan məhsulları da tədarük ediblər.

Rayonda tərəvəz yığımı davam edir.

İnterpress.az