Yaponiyada leysan yağışlara görə 110 min insan təxliyə edilibbackend

Yaponiyada leysan yağışlara görə 110 min insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az NHK telekanalına istinadən xəbər verir ki, pis havaya görə aviareyslər ləğv edilib.

Təbii hadisədən xüsusilə ölkənin cənub-qərb əraziləri zərər çəkib. Leysan yağışlara \”Danas\” tufanı səbəb olub.

Hakimiyyət orqanları daha 245 min insana təxliyyəyə hazırlaşmağı tövsiyə edib.

Qeyd edilir ki, Küsü, Honsü adalarının sakinləri təbii hadisədən zərər çəkiblər.

Sinoptiklər isə bildirirlər ki, uzunsürən leysan yağışlar torpaq sürüşmələri və çay daşqınları riskini artırır.

İnterpress.az