XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında təcili tibbi yardım briqadalarına 18 müraciət olubbackend

XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında təcili tibbi yardım briqadalarına 18 müraciət olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, çağırışlardan 4-ü Atletlər Kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü “Baku Crystal Holl”a, biri İdman Akademiyasına, biri FHN-in Hövsandakı İdman-Sağlamlıq Klubuna olub.

Müraciət edənlərdən 3-ü Klinik Tibbi Mərkəzə, 1 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qalanlarına yerində yardım göstərilib.

Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

İnterpress.az