Məhkəmə TACH şirkətinin cərimələnməsi barədə qərarı qüvvədə saxlayıbbackend

Məhkəmə TACH şirkətinin cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiya qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə şirkət 1284.92 dollar (6424,60 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilib.

TACH MMC təmizlik vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən şirkətdir.

İnterpress.az