Cəlilabadda 21 yaşlı gənc suda boğulubbackend

Cəlilabadda 21 yaşlı gənc suda boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində yerləşən süni göldə baş verib.

Belə ki, Babaxanlı kənd sakini 1998-ci il təvəllüdlü Əliyev Loğman Əbdülhüseyn oğlu göldə boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az