Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcəkbackend

Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Caspian Event Organisers” şirkətində İnterpress.az-a bildirilib ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

Qeyd edək ki, “Adprint 2019” sərgisi reklam sənayesi sahəsində ölkədə və regionda yerli və xarici mütəxəssisləri bir araya gətirən yeganə beynəlxalq sərgidir. Reklam xidmətlərinin sifarişçilərinin reklam agentlikləri, tipoqrafiyalar, istehsalçı və distribüterlər ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarının müzakirəsi üçün unikal işgüzar platformadır.

Üç gün ərzində sərgiyə 3 minədək ziyarətçinin qatılacağı gözlənilir. Onların arasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar.

Sərgidə vizual reklam texnologiyaları, mətbəə və poliqrafiya xidmətləri, hər növ çap avadanlıqlar və ləvazimatları, reklam xidmətləri və tanıtımı, reklam qablaşdırılması və etiketləri, irimiqyaslı tədbirlərin açar tərtibatı və sair nümayiş olunacaq.

Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://adprint.az/az-content/54.html

Sərgi çərçivəsində müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, dəfilələrdən ibarət olan geniş işgüzar və əyləncə proqramlar keçiriləcək.

İnterpress.az