AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri çöl tədqiqatları aparırlarbackend

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri çöl tədqiqatları aparırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-dan İnterpress.az-a bildirilib ki, Rusiya Federasiyasının “Şelkova” aqrokimya şirkəti tərəfindən verilmiş qarğıdalı, şəkər çuğunduru, soya və buğdanın müxtəlif sortlarının Azərbaycan şəraitinə uyğunlaşdırılması üçün gübrələmə sisteminin və kompleks becərmə texnologiyasının hazırlanması məqsədilə təcrübələr aparılır.

Təcrübələr Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və “Şelkova” aqrokimya şirkəti arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən həyata keçirilir.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və müəssisənin çöl tədqiqatlarının məsul icraçısı, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov əkin sahələrinə baxış keçiriblər. Ağsuda əkilmiş şəkər çuğunduru bitkisinin, İmişlidə qarğıdalı və soyanın, Beyləqan rayonunda isə soya və qarğıdalı bitkilərinin böyümə və inkişafı üzrə fonoloji müşahidələr və gübrələrin təsirinin ilkin olaraq qiymətləndirilməsi aparılıb.

İnterpress.az