“ƏSA” teatrı Lənkəranda qastrol səfərində olubbackend

“ƏSA” teatrı Lənkəranda qastrol səfərində olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbər verir ki, teatrın aktyorları Lənkəran Dövlət Dram Teatrında böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşası ilə çıxış ediblər.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru isə Elşən Əsgərovdur.

İnterpress.az