Hindistanda daşqınlar səbəbilə 160-dan çox adam ölübbackend

Hindistanda daşqınlar səbəbilə 160-dan çox adam ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az TASS-a istinadən xəbər verir.

Bu bölgədə 10 milyondan çox insan təbii fəlakətdən zərər çəkib.

Səhərə olan məlumata görə, Biharda 102, Assamda isə 64 nəfər ölüb. Bir neçə nəfər isə itkin düşüb.

Daşqınlar iyulun əvvəlindən başlayıb, hazırda suyun səviyyəsi azalmağa başlayıb, amma vəziyyətin tam qaydaya düşməsi bir neçə həftə çəkə bilər. Biharda 7,2 milyondan, Assamda isə 3,8 milyondan çox adam daşqın zonasında qalır.

Güclü və göy gurultusu ilə müşayiət olunan musson yağışları həmçinin ildırımvurmalara səbəb olub. Son sutkada Hindistanın Uttar Pradeş ştatında 32 nəfər ildırımvurma nəticəsində ölüb, 13 nəfər isə yaralanıb.

İnterpress.az