“Kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir” – Əli Əhmədovbackend

“Kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir” – Əli Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-da jurnalistləri mükafatlandırma mərasimində deyib.

Baş Nazirin müavini qeyd edib ki, dünyada müşahidə edilən təlatümlər, qarşıdurmalar, münaqişələr fonunda Azərbaycandakı sabitlik, insanların təhlükəsizliyi ölkənin üstünlüklərindən biridir: \”Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıqla qarşılaşmırlar. Azərbaycan dünya birliyində mövqeyini möhkəmləndirir. Azərbaycan böyük beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz mövcud resurslarından səmərəli istifadə etməklə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı əldə edir. Bəzi hallarda Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar. Biz buna təəssüf edirik. Aparılan kampaniyada bəzi Azərbaycan vətəndaşlarının iştirakı bizi narahat edir\”.

İnterpress.az