Gənclər və idman naziri Azad Rəhimovun “22 iyul Milli Mətbuat günü” münasibəti ilə təbrikibackend

Gənclər və idman naziri Azad Rəhimovun “22 iyul Milli Mətbuat günü” münasibəti ilə təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hörmətli media nümayəndələri!

Sizi Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram! Bu il 26 iyul tarixində 25-illiyini qeyd edəcək Gənclər və İdman Nazirliyinin istər gənclər, istərsə də idman sahəsində gerçəkləşdirdiyi layihələrin istimaiyyətə çatdırılmasında hər birinizin əvəzsiz xidməti var. Məhz sizin sayənizdə Azərbaycan xalqı ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Formula-1” Qrand Prix turniri və gənclər sahəsini əhatə edən nüfuzlu tədbirlər haqda məlumatları əldə edib. Gənclər və İdman Nazirliyi ilə olan sıx əməkdaşlığınız üçün sizə təşəkkür edir və gələcək layihələrdə tez-tez görüşməyə ümid edirik.

İnterpress.az