“Xəzər” Etnomədəni Mərkəzi Qazaxıstandakı konfransa qatılıbbackend

“Xəzər” Etnomədəni Mərkəzi Qazaxıstandakı konfransa qatılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbir Qazaxıstan Xalqları Assambleyasının təşəbbüsü ilə “Kazaktanu” mədəni-maarif layihəsinə həsr olunub.

Konfrasda Qazaxıstanda fəaliyyət göstərən “Xəzər” Azərbaycan Etnomədəni Mərkəzinin idarə heyətinin sədri Vidadi Ağayev və əməkdaşları iştirak ediblər.

Konfransda Nur-Sultan şəhər akiminin müavini Bəxtiyar Makenov \”Қазақтану\” layihəsi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, əsas məqsədlərdən biri etnik mənsubiyyətindən asılı olmayaraq, ümumi mədəni eynilik və vahid dəyərlər, tarixi təfəkkür əsasında qazax xalqının birliyinin möhkəmləndirilməsidir. Onun fikrincə, layihə ümumi dəyərlərin zənginləşməsi və formalaşmasına, xalqlararası münasibətlərə öz müsbət töhfəsini verəcək.

Konfrans çərçivəsində dahi qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin əsərlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, Qazaxıstandakı soydaşlarımız, həmçinin azərbaycanlı icmasına aid QHT-lər ölkənin ictimai-siyasi həyatında, eləcə də xalqlararası siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş tədbirlərdə fəal iştirak edirlər.

İnterpress.az