Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İsveçrəli məktəblilərə Azərbaycan rəqsləri öyrədilir

İsveçrədə yaşayan soydaşlarımız bu ölkənin ictimai və mədəni həyatında gerçəkləşdirilən inteqrasiya səciyyəli tədbir və layihələrdə fəal iştirak etməyə çalışırlar. Bu layihələrdən biri də miqrantların mədəniyyətinin təbliğ olunması ilə bağlıdır.

Dərc edilib: 23 iyul 2019 [12:47]
Baxış sayı: 8759

İnterpress.az-ın məlumatına görə, artıq 3 ildir ki, Aargau bölgəsinin Miqrasiya və İnteqrasiya Departamentinin maliyyə dəstəyilə həyata keçirilən layihə məktəblərdə təqdim olunur. Layihənin rəhbəri İsveçrədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovdur.

Q.Nəsirov bildirib ki, əsas məqsəd məktəbliləri ölkədəki miqrantların mədəniyyətlərilə tanış etmək, inteqrasiyanın nədən ibarət olduğunu onlara anlatmaqdır. Layihə çərçivəsində Azərbaycan rəqsləri də məktəblilərə nümayiş etdirilir. Bunun üçün “Qarabağ” Azərbaycan məktəbinin müəllimi Gülnarə Axundova layihədə iştirak etməyə dəvət edilib. 3 ildir ki, G.Axundova isveçrəli uşaqlara milli rəqslərimizi öyrədir.

Qeyd edək ki, bu yaxınlarda Aargauda 16 yaşlı 100 məktəblinin iştirakı ilə təqdim olunan Azərbaycan rəqsləri böyük maraqla qarşılanıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162