Arxeoloqlar Krit adasında Artemida və Apollonun unikal fiqurlarını aşkar ediblərbackend

Arxeoloqlar Krit adasında Artemida və Apollonun unikal fiqurlarını aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”ScienceNews\” saytına istinadla xəbər verir ki, Artemidanın heykəli misdən düzəldilib, Apollonun abidəsi isə mərmərdəndir. Hər iki sənət əsəri yüksək plastik səviyyədədir və Xanya şəhərinin Arxeologiya Muzeyinin kolleksiyasına əlavə ediləcək. Arxeoloqlar bildirirlər ki, fiqurlar Roma villasını bəzəmək üçün Afinadan Krit adasına gətirilib. İlkin ehtimallara görə, hər iki heykəl eramızın I və ya II əsrinin əvvəllərinə aiddir.

Krit adasının qərbində yerləşən Aptera qədim dövrün ən iri şəhərlərindən olub. Bu məkan əvvəllər Paleokastro adı ilə də tanınıb. Bu şəhəri kimin inşa etdiyi və nədən Aptera adlandırdığı ilə bağlı bir neçə ehtimal var. Fərziyyələrə görə, şəhərin adı Krit dövlətinin banisi çar Ptera və ya Apteranın adı ilə bağlıdır. Digər mifoloji versiyaya şeir və musiqi müsabiqəsi ilə əlaqəlidir və Aptera sözünün mənşəyi qədim yunanca qanadsız kəlməsindən gəlir.

Tarixi xronika göstərir ki, bu şəhər Kritin tarixində mühüm rola malik olub. Aptera daha yüksək inkişaf mərhələsini Ellin dövründə yaşayıb və ərəb istilasınadək bu tərəqqi davam edib. Ərəblərin adanı işğal etməsindən sonra şəhər dağıdılıb və sakinlər bu əraziləri tərk ediblər.

İnterpress.az