Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 73% artıbbackend

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 73% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Gürcüstan Milli Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin ikinci rübündə Azərbaycandan Gürcüstana 436 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 72,8% çoxdur. Gürcüstana gələn ümumi turistlərin sayında Azərbaycan turistləri 19% təşkil edib.

Hesabat dövründə Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan yalnız Rusiyadan geridə qalıb.

Qeyd edək ki, cari ilin aprel-iyun ayları ərzində Gürcüstana gələn xarici ziyarətçilərin sayı 88,7% faiz artaraq 2 245 152 nəfər təşkil edib.

İnterpress.az