“Microsoft” süni intellekt layihəsinə 1 milyard dollardan çox pul ayıracaqbackend

“Microsoft” süni intellekt layihəsinə 1 milyard dollardan çox pul ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici agentliklərə istinadən xəbər verir ki, iki şirkət arasındakı əməkdaşlıq çərçivəsində “AzureAİ” superkompüter texnologiyaları qurulacaq, “Microsoft” isə “Open Aİ” proqramının eksklüziv provayderinə çevriləcək. Şirkətlər yaratmağı düşündükləri texnologiyalarla süni intellektin potensialını dərinləşdirəcəklərini bəyan edirlər.

“Open Aİ” və “Microsoft”un konsepsiyası süni ümumi intellektin insanlarla birlikdə çalışaraq mürəkkəb və iqlim dəyişikliyi, daha fərdiləşdirilmiş səhiyyə, təhsil kimi məsələlərin həllində kömək göstərməkdir”,- deyə sənəddə bildirillir.

Bununla belə, hər iki firma qarşılıqlı əxlaq və etimad əsasında işləyəcəklərinə əmin ediblər. Onlar bəhs olunan əməkdaşlığın bəşəriyyət tarixinin ən vacib texnoloji inkişafına gətirib çıxaracağı iddiasını irəli sürüblər.

Qeyd edək ki, “Open Aİ” İlon Mask və Sem Altmanın birlikdə həyata keçirdiyi layihədir. Şirkət 2015-ci ildə San-Fransiskoda yaradılıb.

Dəyəri milyard dollarla ölçülən bu firma qurulduğu zaman cəmi 9 nəfərlə fəaliyyət göstərib.

Maraqlıdır ki, İlon Mask vaxtilə, 2015-ci ilin dekabrında Massaçussets Texnologiya İnstitutunda tələbələrlə söhbət zamanı “süni intellekt”i bəşəriyyətin ən böyük ekzistensial təhdidi adlandırmışdı.

İnterpress.az