Serj Sarkisyan yenə Qarabağa gedirbackend

Serj Sarkisyan yenə Qarabağa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu məlumatı “Johovurd” qəzeti yayıb.

“Belə bir fikir var ki, Serj Sarkisyan da Qarabağda gözlənilən prezident və parlament seçkiləri ilə bağlı narahatlıq keçirir, buna görə də, tez-tez ora gedir ki, əhval-ruhiyyənin necə olduğunu anlasın”, – nəşr yazır.

Lakin Qarabağdakı separatçı rejimin hakim dairələrinin nümayəndəsi jurnalistlərlə söhbətində iddia edirdi ki, Serj Sarkisyan “seçkilər”lə maraqlanmır və bununla məşğul olmur.

“O, sadəcə olaraq, Qarabağda istirahət edir, köhnə dostları ilə görüşür, onlarla siyasi əhəmiyyəti olmayan söhbətlər edir və onun obrazını fetişləməyə dəyməz”, – qəzet yazır.

İnterpress.az