Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Voleybolçuların yarışında İtaliya və Türkiyə yığmaları qalib gəliblər

"EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında ikinci görüşlər yekunlaşıb.

Dərc edilib: 23 iyul 2019 [17:12]
Baxış sayı: 10618

İnterpress.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında günün ikinci matçında B qrupunda mübarizə aparan İtaliya və Çexiya komandaları meydana çıxıblar. Matç 3:0 (25:18, 25:11, 25:20) hesabı ilə İtaliya seçməsinin xeyrinə yekunlaşıb. Beləliklə, İtaliya voleybolçuları yarışda çətinlik çəkmədən ilk qalibiyyətlərini alaraq dörd xalla qrupda lider olublar.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə B qrupunun ikinci oyununda Türkiyə və İtaliya seçmələri qarşılaşıb. Gərgin keçən görüşdə daha güclü olan Türkiyə idmançıları 3:0 (25:21, 25:22, 25:23) hesabı ilə rəqiblərini məğlub ediblər. Yarışda ilk dəfə qalib gələn Türkiyə millisi 3 xala sahiblənib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164