Şahzadə Diananın sevgi məkanı 104 milyon dollara satılırbackend

Şahzadə Diananın sevgi məkanı 104 milyon dollara satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fransanın Sen-Trope şəhərindəki malikanəyə 104 milyon dollar qiymət qoyulub.

Məhz həmin malikanədə 1997-ci ildə milyarder və şahzadə arasında sevgi macərası başlayıb. Cütlüyün ilk fotosu da məhz malikanənin yaxınlığında çəkilərək mətbuata ötürülüb. 1870-ci ildə tikilən malikanə sahibinin ölümündən sonra olduğu kimi saxlanılıb. 10 yataq, 5 vanna otağı olan malikanədə ayrıca qonaq evi də var. Şahzadə Diana oğulları ilə həmin evdə qalıb. Xatırladaq ki, şahzadə Diana və Əl-Fayyad 1997-ci il avqustun 31-də qəzada həlak olub.

İnterpress.az