Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İranda 756 nəfər suda boğulub

Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 4 ayı ərzində (21 mart – 22 iyul) İranda sularda 756 nəfər boğulub.

Dərc edilib: 23 iyul 2019 [20:31]
Baxış sayı: 13106

İnterpress.az-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. Onun sözlərinə görə, boğulma nəticəsində 492 nəfər həyatını itirib, qalanı isə xilas edilib.

Kulivənd əlavə edib ki, boğulmaların 36%-i çaylar, 14%-i sel, su anbarı və sairə, 11%-i su bəndləri, 22%-i dəniz, 8%-i kənd təsərrüfatı su anbarları, 6%-i su kanalları, 3%-i isə çimərlik hovuzunda qeydə alınıb.

Təşkilat sədri bildirib ki, Mazandaranda 129 nəfər, Gilanda 71 nəfər və Qərbi Azərbaycanda 50 nəfər suda boğulma ilə üzləşib.

Kulivənd Mazandaranda 50 nəfər, Gilanda 40 nəfər və Farsda 29 nəfərin suda boğulma nəticəsində həlak olduğunu deyib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179