Şimali Koreya raketlərini havaya qaldırdıbackend

Şimali Koreya raketlərini havaya qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, raketlər yerli vaxtla saat 05:34 və 05:57-də Vonsan bölgəsindən havaya buraxılıb. Raketlər təxminən 50 kilometr havalandıqdan sonra 430 kilometr yol qət edib.

Cənubi koreyalı rəsmilər məsələnin analiz ediləcəyini bəyan ediblər. Beynəlxalq mediada isə bu addımın nüvəsizləşdirmə ilə bağlı ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasındakı danışıqlara kölgə sala biləcəyi vurğulanır.

İnterpress.az