“Keşlə” “Osmanlıspor”la qarşılaşacaqbackend

“Keşlə” “Osmanlıspor”la qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək.

Qəsəbədə yerləşən “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq paytaxt təmsilçisi toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Tərlan Əhmədovun yetirmələri iyulun 31-də Türkiyənin I liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblərin kimliyi hələlik dəqiqləşməyib.

İnterpress.az