Hərbi prokuror “MİQ-29”-un qəzaya uğradığı əraziyə gedibbackend

Hərbi prokuror “MİQ-29”-un qəzaya uğradığı əraziyə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi Prokurorluqdan İnterpress.az-a bildirilib ki, hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.

Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Qeyd olunub ki, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

İnterpress.az