MiQ-29-la Xəzər dənizinə düşən pilot kimdir?backend

MiQ-29-la Xəzər dənizinə düşən pilot kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İnterpress.az-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, qəzaya düşən pilot onun kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdir.

“Rəşad mənim kürəkənimdir. 20 ildən çox idi ki, xidmət edirdi. Polkovnik-leytenant rütbəsini daşıyırdı. Çalışdığı hərbi hissənin ən təcrübəli, peşəkar pilotlarından biri, həm də hərbi hissə komandirinin müavini idi”.

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.

İnterpress.az