FİFA reytinqində Zimbabvenin geriləməsi Azərbaycanın irəliləməsinə səbəb olubbackend

FİFA reytinqində Zimbabvenin geriləməsi Azərbaycanın irəliləməsinə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, siyahıda dünyanın 211 yığması yer alıb.

Azərbaycan yığması 1188 xalla 109-cu pillədə qərarlaşıb. Nikola Yurçeviçin yetirmələri hesabat dövründə heç bir rəsmi oyun keçirmədiyi üçün komandamızın xal hesabı iyunun 14-dəki ilə müqayisədə dəyişməyib.

Lakin millimiz 1 pillə irəliləyib. Yığmamızın 110-cu sıradan bir addım yüksəlməsi Zimbabvenin geriləməsi sayəsində mümkün olub. Komandamız 109-cu yerə Bəhreynlə şərikdir.

Qeyd edək ki, siyahının ilk “üçlüy”ündə Belçika (1746), Braziliya (1726) və Fransa (1718) milliləri başçılıq edir.

İnterpress.az