Belarus diplomatının Ankarada güllələnməsinin detalları açıqlandıbackend

Belarus diplomatının Ankarada güllələnməsinin detalları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, diplomatın qətli ilə bağlı yeni detallar üzə çıxıb.

Hadisənin şahidlərindən birinin dediklərinə görə, hadisə baş verərkən diplomatın yanında uşaqları da olub. O, yaralansa da, iki uşağını güllələrdən xilas etməyə çalışıb:

“Hadisənin baş verdiyi Dikmen Parkının yanında yaşayıram. Silah səsi eşidib balkona çıxdım. Qonşum olan belarus diplomatın qanlar içində iki övladının əlindən tutaraq qaçdığını gördüm. İki dəfə atəş açıldıqdan sonra diplomat dizlərinin üzərinə düşdü və bir daha ayağa qalxa bilmədi. Sonra mühafizəçilər gəlib uşaqları apardılar”.

Polisin ilkin araşdırmasına görə, silahla atəş açan şəxsin psixoloji problemləri var.

İnterpress.az