General itkin düşən pilotun ailəsinə baş çəkibbackend

General itkin düşən pilotun ailəsinə baş çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hazırda pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, pilotun axtarışları ilə bağlı hələlik yeni xəbər yoxdur.

“Bizə heç bir məlumat verilməyib. Yeni məlumat almaq üçün H.Z.Tağıyev qəsəbəsinə gedəcəyik. Orada uçuşlar dayandırılıb. Axtarışlar barədə məlumatlar hadisə ilə əlaqədar yaradılan qərargaha gəlir. Hazırda ora gedib vəziyyətlə maraqlanacağıq\”.

Q.Hüseynli qeyd edib ki, dünən müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov və digər rəhbər şəxslər Atakişiyevin evində gələrək, onun ailəsinə təskinlik veriblər.

İnterpress.az