“Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi” – Aleksandr Bubnovbackend

“Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi” – Aleksandr Bubnov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Rusiya futbolunun veteranı Aleksandr Bubnov deyib.

Sabiq futbolçu Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” matçını şərh edib. O, bakılıların səfərdəki 1:0 hesablı qələbəsi daha yaxşı oynamaqları ilə bağlayıb: “Problemlərə Kanqvanın zədələnməsi də əlavə olunub. Nəticədə “Arsenal” hücumda oturuşmuş komanda təsiri bağışlamırdı. Komandanın hücumları xaotik alınır, nadir hallarda qapıya zərbə ilə başa çatırdı. İlk yarının sonlarında buraxılan qol üzücü alındı və heç bunun yeri deyildi. Qonaqların əks-hücumu zamanı meydan sahiblərinin müdafiəçiləri daha çox idi. Amma onlar rəqibin hücum edən futbolçularının öhdəsindən gələ bilmədi. Hesabda önə keçəndən sonra “Neftçi” inamla oyuna nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı. Kifayət qədər yaxşı oyun göstərir, özünü itirməyən bakılıların heyətində bir sıra texnikalı ifaçılar da var. Əgər qapıçı Levaşov və bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi. Cavab matçı öncəsi Azərbaycan komandası aşkar favorit kimi görünür, “Arsenal”a növbəti mərhələyə keçmək asan olmayacaq. Amma vəziyyət o qədər ümidsiz deyil. Səfərdə erkən qol vurub, əks-hücumlarda savadlı oynayıb, standartlardan yaxşı istifadə edilsə, hər şey mümkündür. 0:1 sürüşkən hesabdır”.

Qeyd edək ki, sabiq SSRİ millisinin futbolçusu A. Bubnov şərəfini qoruduğu Moskva “Dinamo”su və “Spartak”ı ilə dəfələrlə “Neftçi”yə qarşı oynayıb.

İnterpress.az