Azərbaycanda “Lada” avtomobilləri bahalaşacaqbackend

Azərbaycanda “Lada” avtomobilləri bahalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın \”AvtoVAZ\” ASC-nin Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan \”Xəzər-Lada\” şirkətindən bildirilib.

\”Rusiyanın avtomobil istehsalçısı avqustun 1-dən etibarən bütün avtomobil modellərinin qiymətini təxminən 1% artıracaq. \”AvtoVAZ\” bu barədə bütün diler və distributorlarını artıq xəbərdar edib. Qiymət artımı satışda olan bütün avtomobil modellərini əhatə edəcək\”, – deyə \”Xəzər-Lada\”dan bildirilib.

Qeyd edək ki, bu, cari il ərzində \”AvtoVAZ\”ın sayca üçüncü qiymət artımıdır. Belə ki, Rusiyada ƏDV-nin 2 faiz bəndi artırılması ilə əlaqədar bu ilin əvvəlindən şirkət bütün modellərin qiymətini orta hesabla 2,5-3% qaldırmışdı. Daha sonra, iyulun 1-dən etibarən \”AvtoVAZ\” şirkəti \”Lada Vesta\” və \”Lada Granta\” modellərinin (\”Cross\” versiyası istisna olmaqla) qiymətlərini təxminən 5 min rubl artırıb.

Xatırladaq ki, hazırda \”Xəzər-Lada\” Azərbaycandakı müştərilərinə \”Lada Vesta\” (20,2-23,5 min manat), \”Lada Granta\” (16,4-17,9 min manat), \”Lada Xray\” (22,2-23,6 min manat) və \”Lada 4×4\” (14,5-17,5 min manat) modellərini təklif edir.

İnterpress.az