Polşa Azərbaycanla UEFA reytinqindəki fərqi azaldıbbackend

Polşa Azərbaycanla UEFA reytinqindəki fərqi azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Avropa Liqasının dünən baş tutan 40 görüşündən sonra UEFA reytinqi açıqlanıb.

Keçirilən bu görüşlər siyahıda bəzi dəyişikliklərə səbəb olub. Serbiya Xorvatiyanı 17-ci, Rumıniya Lixtenşteyni 31-ci, Moldova Lüksemburqu 41-ci, Gürcüstan Uelsi 46-cı pillədən sıxışdıraraq bir pillə irəliləyib.

Azərbaycanın xal hesabı artsa da, mövqeyi dəyişməyib. “Neftçi”nin Rusiyada “Arsenal”ı 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin aktivinə 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 1,250 xala çatıb. Bunun 0,750-si bakılıların, 0,500-ü “Qarabağ”ın payına düşür. “Səbail” və “Qəbələ” isə xal qazanmayıb.

Son 5 mövsümün nəticəsinə əsasən hesablanan reytinqimiz 16,625-ə yüksəlib. Ölkəmiz bu göstərici ilə 26-cı sıradadır. Azərbaycanın 25-ci olan Qazaxıstandan 1,000 xal geri qalır. 27-ci yerdəki Polşa ilə fərq isə 0,625-ə qədər azalıb.

İnterpress.az